Dəm qazı daha bir can aldı - Göygöldə yeniyetmə qız öldü

 Dəm qazı daha bir can aldı - Göygöldə yeniyetmə qız öldü

Göygöl sakini dəm qazından boğulub.

Asayis.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Sevinc Allahverdiyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

17:15 - 22 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin