Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı - Foto

 Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı - Foto

Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

Asayis.Az xəbər verir ki, o, şəxsi instaqram hesabında mərhum həmkarı Xalq artisti, aktyor Yaşar Nuri ilə bağlı paylaşım edib.

Aktrisa onun fotosunu paylaşaraq "Anım günündür, həmişə Yaşar, Yaşar... Məkanın cənnət olsun, əvəzolunmaz sənətkar. Sənin dediyin kimi, həyat da bir kinodur, ən maraqlı yerində bitir. 10 il sənsiz..."

Xatırladaq ki, Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

14:29 - 22 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin