Bakının marşurut xətlərinə yeni avtobuslar buraxılacaq

 Bakının marşurut xətlərinə yeni avtobuslar buraxılacaq

“Çinar-Trans” MMC qardaş Türkiyə Respublikasının “Anadolu İsuzu” şirkətindən 25 ədəd 12 metrlik “İsuzu Citiport” markalı avtobus alıb. AVRO-6 standartlarına cavab verən “İsuzu Citiport CNG” markalı avtobusların 15 ədədi gətirilib. Daha 10 ədəd avtobus isə yaxın vaxtlarda paytaxta çatdırılacaq. Bakı Nəqliyyat Agentliyindən (BNA) Asayis.Az-a verilən məlumata görə, 15 ədəd avtobus 202 nömrəli müntəzəm marşrut xətti üzrə istismara buraxılacaq. Gündəlik 13 min nəfərdən artıq sərnişinin istifadə etdiyi 202 nömrəli marşrut xətti üzrə hazırda istismarında olan avtobusların texniki vəziyyəti qənaətbəxş deyil.

Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların istismara verilməsi Biləcəri qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada təşkilinə imkan verəcək. Gətiriləcək digər 10 ədəd avtobus isə “Çinar-Trans” MMC-nin istismarında olan 133 nömrəli xətt (Binəqədi qəsəbəsi-Gənclik m/st-sı) üzrə daşımalara cəlb olunacaq.

11:53 - 22 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin