DİN-in general-mayoru təqaüdə göndərildi

 DİN-in general-mayoru təqaüdə göndərildi

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilib.

Məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Belə ki, S.Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı.

DİN-in Mətbuat Xidməti məlumatı təsdiqləyib.//oxu.az

00:08 - 19 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin