Bakıda "Prius" qadını vurub, öldürdü - Sürücü saxlanıldı

 Bakıda

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə bu gün səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini sakini, 1993-cü il təvəllüdlü Amin Sahibli idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 1986-cı il təvəllüdlü Pərvanə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb.

Daha sonra sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

11:15 - 21 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin