Ötən bazar günü terror aktının baş verdiyi İstanbulun İstiqlal küçəsində bomba zarafatı edən xarici vətəndaş yaşadığı oteldə saxlanılıb.
Asayis.Az Sözcü-yə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsindən verilən açıqlamada videonun hücumdan bir həftə əvvəl çəkildiyi bildirilib.
Məlumata görə, ötən gün sosial media hesablarında paylaşılan videoda İstiqlal küçəsində 3 nəfər əllərindəki çantaları göstərərək və ərəbcə danışaraq bədən dilləri ilə cəmiyyətdə hiddət doğuracaq hərəkətlər ediblər.
Müəyyən edilən şübhəlilərin tutulması üçün əməliyyat başlanıldığı və şübhəli A.A-nın Beyoğlu rayonunda qaldığı oteldə yaxalandığı bildirilib.
Videodakı şəxslərin sosial şəbəkə hesabları araşdırıldıqda, onların 6 noyabrda eyni görüntülərlə başqa sosial media platformasında, eyni məkanda və eyni paltarla video paylaşdıqları ortaya çıxıb: