Daxili işlər naziri antinarkotik təbliğatı ilə bağlı cəmiyyətə müraciət edib
Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğatı daha məqsədyönlü davam etdirilməlidir. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Kollegiya iclasında bu istiqamətdə əsas diqqətin ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
General-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloggerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib.