Hərbçilərimiz Cəbrayılda qəzaya düşdü - Sərhədçimiz həlak olub

 Hərbçilərimiz Cəbrayılda qəzaya düşdü - Sərhədçimiz həlak olub

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları qəzaya düşüb, sərhədçi ölüb.

Bu barədə Asayis.Az-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hadisə bu gün rayonun Şükürbəyli kəndində qeydə alınıb.

Belə ki, "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən Xidmətə məxsus "UAZ" markalı avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib.

Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.

18:34 - 21 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin