Bakıda qadın sürücü qəza törətdi - Piyada yerindəcə ölüb

 Bakıda qadın sürücü qəza törətdi - Piyada yerindəcə ölüb

Paytaxtın Suraxanı rayonu Südçülük sovxozu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.Az bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu gün saat 12 radələrində Bakı şəhər sakini Günel Tağıyeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə 1953-cü il təvəllüdlü Xalidə Məmmədovanı vurub.

Xəsarət alan şəxs hadisə yerində ölüb.

Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

***12:13

Bakıda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.

Məlumata görə, yolu keçmək istəyən qadını maşın vurduqdan sonra o, yerindəcə keçinib.

16:40 - 21 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin