"Gözləyirdim ki, işdən gəlsin gedim qarşılayım" - Fəxrəddin Manafov

Xalq artisti Fəxrəddin Manafov "O üz" layihəsinə qonaq olub. 

Asayis.Az xəbər verir ki, veriliş zamanı 1993-cü ildə çəkilən "Təhminə" filmindəki Təhminə obrazı canlandırılıb. Manafov üçün sürpriz olan bu obraz onu xeyli təsirləndirib. Təhminəni bu dəfə aparıcı kimi görən aktyor ona baxarkən mərhum həyat yoldaşını xatırladığını bildirib:

"Məni keçmişə apardı. İndi artıq başqa gözəl bir dünyada yaşayan mənim həyat dostum, 48 il bir yedə olduğumuz, 44 illik rəsmi həyat yoldaşıma... Çünki o da televiziya aparıcısı idi. İnanın mənə o Təhminə filmində çox qəribə-qəribə anlar var idi. Evdə otururdum. Gözləyirdim ki, işdən gəlsin gedim qarşılayım".

14:35 - 21 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin