Qətərdə stadionlarda pivə bu cür satılır - Foto

 Qətərdə stadionlarda pivə bu cür satılır - Foto

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının matçlarının baş tutduğu stadionlarda gizli şəkildə pivə satışı həyata keçirilir.

Asayis.az xarici mətbuata istinadən xəbər verir ki, FİFA-nın arenalarda spirtli içkilərə qoyduğu qadağadan sonra “Coca-Cola”, “Fanta” və digər içkilərin qablarına pivə doldurularaq satılır. 

Bununla bağlı fotolar bir çox sosial şəbəkələrdə paylaşılıb. 

Hələlik FİFA və ya Dünya Çempionatının Təşkilat Komitəsi bununla bağlı açıqlama verməyib. 

 

15:48 - 21 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin