“Bu analar qızlarının evini yıxırlar” - Gülşad Baxşıyeva

 “Bu analar qızlarının evini yıxırlar” - Gülşad Baxşıyeva

“Evlənirlər, iki-üç aydan sonra deyir ki, sən məni təmin etmirsən. Gəlinlərin tələbatı həddindən artıq çoxalıb”.

Asayis.az  xəbər verir ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva “Açıq söhbət” verilişində deyib.

O, boşanmaların sayının artmasında gənclərin valideynləri də günahlandırıb: “Baxmır ki, bu fəhlədir. Dəxli yoxdur, deyir, məni təmin etsin. Ay balam, sən bilmirdin kimə gedirsən, bu nə qədər pul qazana bilər? Sən milyonerə ərə getməmisən, maaşa baxan bir oğlana getmisən. Ona görə də ayağını yorğanına görə uzat.

İndi elə deyil, qız anası da oradan çıxır, qızını yaşatmaqdan ötrü atılır meydana. Deyir, mən hər şeyi edəcəm ki, qızım bəxtəvər olsun. Nədir? Mən istəyirəm ki, oğlum bədbəxt olsun? Bununla da onlar öz övladlarının evini yıxırlar. Kimsə yaşadığı həyata qane olmaq istəmir. İşləmək də istəmir, qane olmaq da…”

10:59 - 21 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin