Ağdamda baş verən qəza zamanı 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb.
Asayis.az Teleqraf-a istinadən xəbər verir ki, qəza hadisəsi rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində baş verib.
Hərəkətdə olan VAZ 2107 markalı avtomobil qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşub.
Nəticədə 2 nəfər ölüb 4 nəfər ağır xəsarət alıb.
Hadisə yerinə təcili tibbi bölməsinin avtomobilləri yollanıb.
Faktla bağlı araşdırma aparılır
