257 saylı məktəbdə nə baş verir? - DİN

 257 saylı məktəbdə nə baş verir? - DİN

Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Asayis.az-a bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb.

Polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb.

Araşdırmalar davam etdirilir.

19:08 - 1 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin