Bayırşəhərdə dövlət tərəfindən mühafizə olunan 73 tarixi mədəniyyət abidəsi var, eləcə də bu siyahıya düşməyən və memarlıq əhəmiyyəti olan 33 ədəd bina var.
Asayis.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forum çərçivəsində təşkil edilən panel sessiyada deyib.
“Onların siyahıya salınması və 73 digər abidənin qorunması ilə bağlı müəyyən tədbirlər görülür. Yaxın günlərdə qərar veriləcək. Ümumilikdə 106 abidənin qorunmasına Mədəniyyət Nazirliyi tərəfindən həssas yanaşılır və hər birinin mühafizəsi üçün gün ərzində bizim əməkdaşlar ərazidə olurlar.
Həmin ərazidə olan bütün memarlıq abidələri qorunacaq”, - o bildirib.
