Qarabağla bağlı daha bir təşkilat dağılmaq üzrədir

 Qarabağla bağlı daha bir təşkilat dağılmaq üzrədir

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin təşkil etdiyi “ABŞ-ın Qafqazdakı siyasətinin qiymətləndirilməsi” mövzusunda müzakirələr zamanı bildirib ki, artıq ATƏT-in Minsk qrupunun olmadığını etiraf etməyin vaxtıdır. Asayis.Az-ın məlumatına görə, o, bildirib ki, Minsk qrupu mexanizmi artıq işləmir və ABŞ Ermənistan-Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində iki ölkə ilə birbaşa təmas yolu ilə iştirak edir:

“Azərbaycan bəyan edib ki, Minsk qrupu ilə işləməyəcək. Hesab edirəm ki, bu mandata konsensus yolu ilə son qoymağın vaxtıdır”.

00:35 - 20 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin