“Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto

 “Həzi Aslanov” stansiyası əvvəl və sonra... - Foto

Metronun “Həzi Aslanov” stansiyasının dalan yolunda aparılan əsaslı təmir və yenidənqurma işləri davam edir.

Asayis.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, uzun illər ərzində mürəkkəb hidrogeoloji şərait və qrunt sularının təsiri nəticəsində bu sahədə aşınmalar yaranmışdı. Təmir işləri çərçivəsində dalan yolunda izolyasiya qatları yenilənir və gücləndirilir, konstruksiyalar tamamilə yenidən qurulur və infrastruktur daha dayanıqlı vəziyyətə gətirilir.

Qeyd edək ki, dalan yolunun tikintisinin 2026-cı ilin sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır. Stansiyanın yenidənqurulması isə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, “Həzi Aslanov” stansiyasına keçid funksiyası daşıyacaq “Y-17” stansiyasının inşası dövründə həyata keçiriləcək.

Təmirə qədər və hazırkı vəziyyəti fotolarla müqayisəli şəkildə təqdim edirik:

17:26 - 27 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin