Hüsniyyə televiziyadan bu səbəbdən gedib - Açıqlama

 Hüsniyyə televiziyadan bu səbəbdən gedib - Açıqlama

Uzun zamandır efirlərdə gözə dəyməyən aparıcı Hüsniyə Məhərrəmova televiziyaya qayıtmaq istəmədiyini açıqlayıb.  

Asayis.Az "bizim.media"ya istinadən xəbər verir ki, televiziya ulduzu bu barədə “MTV xəbər”-ə müsahibəsində deyib.  

“İki il yarımdır efirdən uzaqlaşmışam. Televiziyasız çox xoşbəxtəm. Geri qayıtmaq fikrində deyiləm. Mənim mənəvi və maddi imkanlarımı ödəyəcək kanal yoxdur”, - deyə, H.Məhərrəmova bildirib.  

Qeyd edək ki, H.Məhərrəmova uzun illər İctimai televiziyada çalışıb. O,  2012-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsində təşkilat komitəsinin üzvü, koordinatoru, eyni zamanda nümayəndə heyətinin sədri olub.  
2016-2019-сu illərdə isə Hüsniyyə ATV-də yayımlanan "V element" verilişinin aparıcısı kimi çalışıb. Onun televiziyada son fəalliyyəti isə 2019-2020-ci illərə təsadüf edib. Məhərrəmova AzTV-də "1azTV" gecə şousunun aparıcısı olub.  
 

20:02 - 18 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin