Cəlilabad rayonunda 46 yaşlı qadın itkin düşüb. Asayis.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qeyd edilib ki, rayonun Sabirabad kənd sakini, 1976-cı il təvəllüdlü Xalidə Xeyrulla qızı Əliyeva noyabrın 15-i saat 11:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.
“Xalidə Əliyevanın əlamətləri bunlardır: Boyu 155 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində boz rəngli köynək və qara rəngli şalvar olub. Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, - DİN-dən vurğulanıb.