Bakıda əcnəbi vətəndaşın mobil telefonu oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Asayis.Az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bir əcnəbi vətəndaşın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Hüseyn Quliyev saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini olan bir qadının içərisində bank kartları olan cüzdanını oğurlaması və hesabından 242 manatını çıxarması da müəyyən olunub.