Gələn il maaşlar bu qədər artacaq ŞAD XƏBƏR

 Gələn il maaşlar bu qədər artacaq ŞAD XƏBƏR

Orta aylıq əməkhaqqının cari ilin sonuna 838 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 14,5% artırılmasını təmin etməyə imkan yaradacaqdır.

Asayis.Az Trend-ə istinadən xəbər verir kip, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlament noyabrın 17-də keçirilən plenar iclasında deyib.

O bildirib ki, 2022-ci ildə Fondun büdcəsini balanslaşdırma məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 468 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci il üzrə dürüstləşmiş transfert məbləğindən 235,8 milyon manat və ya 19% çoxdur.

Qeyd edək ki, Fondun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 263 milyon 970 min manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7% çoxdur. Fondun gəlirləri 2018-2023-cü illər ərzində 2511,8 milyon manat, yaxud 67% artıb.

 

21:17 - 17 Noyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin