"Papanin" Hospitalında müalicə alan hərbçimiz vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu Ruslan Şükür oğlu Hümmətyarov noyabrın 17-də həkimlərin səyinə baxmayaraq, kəskin meninqo - ensefalit diaqnozu ilə müalicə olunduğu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

20:39 - 17 Noyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin