Ölüm hökmünün ən çox tətbiq edildiyi ölkə İrandır

 Ölüm hökmünün ən çox tətbiq edildiyi ölkə İrandır

"Ölüm hökmünün tətbiq edildiyi ölkələrlə müqayisədə İran dünyada birinci yerdədir. Bu ölkə ölüm cəzasının iki məqsədlə tətbiq edir. Birincisi cəza üçün, ikincisi isə qorxutmaq üçün..."

Asayis.Az xəbər verir ki, bu sözləri Real Tv-də "İntervyu" verilişinə qonaq olan hüquq müdafiəçisi Sahib Məmmədov deyib. O bildirib ki, İran krandan edam cəzası kimi istifadə etdiyinə görə istehsalçı şirkətlər ona qadağa qoyub:

"O nümayişkaranə edamlar ki var, məsələn qülləli kranlardan, buldozerlərdən istifadə edirlər, bunlar hamısı qorxutmaq məqsədilə edilir. Başqalarına görk olsun deyə belə edirlər.

Böyük buldozerlər, kranlar istehsal edən məşhur şirkətlər İrana embarqo qoyub. Çünki İran təsərrüfat məqsədilə istifadə edilən texnikları cəza məqsədilə istifadə edir. Yeganə ölkədir ki, oradakı edamlara yalnız beynəlxalq təşkilatlar deyil, ayrı-ayrı hüquq müdafiəçiləri deyil, həm də kommersiya qurumları etiraz edirlər". 

19:50 - 17 Noyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin