Prezident: Ermənistanın ziddiyyətli bəyanatları sülhə mənfi təsir göstərir

 Prezident: Ermənistanın ziddiyyətli bəyanatları sülhə mənfi təsir göstərir

Prezident İlham Əliyev dövlət katibi Antoni Blinkenin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasının və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Asayis.Az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri noyabrın 16-da ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Bununla belə, dövlət başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir.

20:21 - 16 Noyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin