Biləsuvar və Ağstafada əməliyyat, saxlanılan maşınlardan narkotik çıxdı

 Biləsuvar və Ağstafada əməliyyat, saxlanılan maşınlardan narkotik çıxdı

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini R.Adıgözəlovun idarə etdiyi “Toyota” markalı avtomobil Biləsuvar şəhəri ərazisində saxlanılıb.
Avtomobilə baxış zamanı oradan sürücü və sərnişinləri, paytaxt sakinləri R.Bilaliyə, İ.Xeyrullayevə və R.Ağasızadəyə məxsus ümumilikdə 4 kiloqram 250 qram heroin, habelə R.Ağasızadədən marixuana aşkar edilərək götürülüb.

Ağstafa polisi isə Poylu kənd sakini Ə.Namazovun idarə etdiyi “VAZ-2107” markalı avtomobili saxlayıb. 
Axtarış zamanı sərnişin - Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş N.Sadıqovdan 375 qram marixuana, həmçinin kustar üsulla hazırlanmış revolver tipli tapança və 4 ədəd parton tapılıb.

Hər iki fakt araşdırılır.

11:09 - 18 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin