Narkotik maddə qəbul edin yola çıxdı, DYP tutdu

 Narkotik maddə qəbul edin yola çıxdı, DYP tutdu

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Yevlax rayon sakini Asim Məmmədovun idarə etdiyi “VAZ-2103” markalı avtomobil Kürdəmir rayonu ərazisində yerləşən postda nəzarət-yoxlama qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib.  O, polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub.
Kürdəmir rayon Məhkəməsinin qərarı ilə A.Məmmədov 10 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

11:07 - 18 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin