Goranboyda ev partladı

 Goranboyda ev partladı

Goranboyda qaz sızması partlayışa səbəb olub.

Hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.

1986-cı il təvəllüdlü Bəxtiyar Dünyamalıyev və 1988-ci il təvəllüdlü Nisə Verdiyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstələrə lazımi tibbi yardım göstərilib, yaralılardan qadının vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata hadisə qaz sızmasından olub. Hadisənin baş vermə səbəbləri araşdırılır.// apa

20:20 - 2 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin