Ukraynadakı müharibədə azərbaycanlı 2 qardaş həlak oldu

 Ukraynadakı müharibədə azərbaycanlı 2 qardaş həlak oldu

Ukraynada gedən müharibədə daha 3 azərbaycanlı həlak olub.

Asayis.az Report-a istinadən xəbər verir ki, Ukrayna Milli Qvardiyasının azərbaycanlı polkovnik-leytenantı Rüstəmov Samir Atəşli oğlu ölkənin şərq istiqamətində döyüşlərdə həlak olub.

Bundan başqa, Ukraynanın Xerson vilayətinin hələ işğal altında olan kəndlərinin birində əslən Azərbaycanın Zərdab rayonundan olan 2 gənc qardaş faciəli şəkildə həlak olub. Ölən gənclərin yaxınları ərazinin hazırda Rusiyanın işğalı altında olduğu üçün onların adlarının çəkilməsini istəməyib.

12:23 - 16 Noyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin