Məktəblərdə Payız Tətili başladı

 Məktəblərdə  Payız Tətili başladı

 

Bu gündən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb.

Elm və Təhsil Nazirliyindən Asayiş.az-a verilən xəbərə görə, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbə hazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

 

 

10:48 - 16 Noyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin