“Manat gec-tez sərbəst buraxılacaq və “tam üzən məzənnə”yə keçiləcək”

 “Manat gec-tez sərbəst buraxılacaq və “tam üzən məzənnə”yə keçiləcək”

“Uzun illərdir ki, manatın məzənnəsi inzibati yolla qorunub saxlanılır. Amma proses bir bu qədər də davam edə bilməz”
 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov belə deyib.
 
V.Əhmədov deyib ki, belə olmasaydı 1 dollar 1,7 manat səviyyəsində qala bilməzdi:
 
“Ölkə daxilində baş verənləri, inflyasiyanı, idxalı, ixracı, pulun dövriyyəsilə bağlı prosesləri görürük. Manat inzibati yolla saxlanılır və qorunub saxlanılması üçün də kifayət qədər ehtiyat var. Məzənnənin inzibati yolla qorunub saxlanılması nə qədər davam edəcək, 6 ay, bir il bilinmir. Amma gec-tez sərbəst buraxılacaq və “tam üzən məzənnə”yə keçiləcək”.
 
Deputat hazırda manatın qorunmasının əhəmiyyətini Qarabağda aparılan quruculuq işləri ilə əlaqələndirib:
 
“Qarabağda tikinti işləri başlayıb. Orada xarici şirkətlər işləyirlər. Onlar istəyirlər ki, milli valyuta stabil olsun, onlar üçün problem yaranmasın. Manatın məzənnəsinin qorunub saxlanılması əlbəttə dövlət, millət üçün əhəmiyyətlidir. Amma bunun da da bir vaxtı gələcək ki, manat mütləq sərbəst valyuta olacaq”.

19:24 - 17 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin