Zəngilanlı döyüşçü Ukraynada həlak oldu - Foto

 Zəngilanlı döyüşçü Ukraynada həlak oldu - Foto

Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak olub. Asayis.Az xəbər verir ki, bu barədə həlak olan hərbçinin dostu iqtisadçı Zöhrab İsmayıl məlumat yayıb.

O bildirib ki, 32 yaşlı soydaşımız polkovnik-leytenant Samir Atəşli oğlu Rüstəmov Xarkova apreldə gedib:

“Xarkova gedəndə Atəşliyə dedim ki, bəlkə Dneprə-filan gedəsən, bura çox təhlükəlidir. Qayıtdı ki, uşaqları qoyub hara gedim? Samirin həlak olması xəbərinə çox üzüldüm...”.

Samir Rüstəmovun atası əslən Zəngilan rayonundan, anası isə ukraynalıdır. Subay idi. Samir Rüstəmov bu gün Xarkov şəhərində dəfn olunub. 

Qeyd edək ki, Samirin qardaşı da hərbçidir.

23:09 - 15 Noyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin