"ASAN Viza" dövlət büdcəsinə 4,2 milyard manat qazandırıb

 

Bu günə qədər "ASAN Viza" xətti ilə 2,5 milyon elektron viza verilib və dövlət büdcəsinə dolayısı ilə 4,2 milyard manat vəsait daxil olub. Asayis.Az “report.az”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, "ASAN Viza" tərəfindən verilən elektron vizaların sayı Azərbaycanda 20 ildə verilən vizaların sayından çoxdur.

F.Cəfərov qeyd edib ki, 2016-cı ilə qədər Azərbaycanda elektron viza almaq üçün turist 18 addımdan keçməli idi:

"Biz bunu 3 addımla edirik".

22:02 - 15 Noyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin