DYP sürücülərə müraciət etdi – Bu yolda məhdudiyyətlər olacaq

 DYP sürücülərə müraciət etdi – Bu yolda məhdudiyyətlər olacaq

 

Baş DYP İdarəsi Bakı-Quba yolunda hərəkət məhdudiyyətləri ilə bağlı sürücülərə müraciət edib. DİN-dən Asayis.az-a daxil olan məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 2022-ci il 16 noyabr tarixindən, saat 08:00-dan etibarən 150 metr məsafədə bir hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Baş DYP İdarəsi yolun sözügedən hissəsində sürücüləri daha diqqətli olmağa, müvəqqəti yol nişanlarının tələblərinə, sürət rejiminə əməl etməyə, mövcud vəziyyəti düzgün qiymətləndirməyə çağırır.

Qeyd edək ki, yolun digər 2 hərəkət zolağının açıq olması şərti ilə tətbiq edilən məhdudiyyət tədbiri tikinti işləri bitənədək qüvvədə olacaq.

20:44 - 15 Noyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin