Bakıda itkin düşən 21 yaşlı qız tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Məlumata görə, Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan və dekabrın 28-də evdən çıxaraq geri qayıtmayan 21 yaşlı Pərvanə Məmmədova polis tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri ilə tapılaraq ailəsinə təhvil verilib.