Mərhum amerikalı ifaçı Elvis Preslinin malikanəsi 5 milyon 650 min dollara (9 milyon 605 AZN) satılıb. Asayis.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Prissilla ilə bal ayını keçirdiyi villası Kaliforniyada yerləşir.
Malikanə 1960-cı ildə tikilib. Bir neçə otaqdan və geniş hovuzdan ibarət mülk təmir olunduqdan sonra satışa çıxarılıb.
Preslinin malikanəsini iş adamlarından birinin aldığı deyilir.