İstanbulda partlayış zamanı 4 nəfər ölüb, 38 nəfər yaralanıb

 İstanbulda partlayış zamanı 4 nəfər ölüb, 38 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.

Bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.  

"İstiqlal küçəsində baş verən partlayış zamanı ilkin məlumata görə, 4 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılarımız müalicə olunur.

Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - o tivter hesabında yazıb.

Vali qeyd edib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

19:08 - 13 Noyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin