İraqda qaz tankeri partlayıb, ölən və yaralananlar var

 İraqda qaz tankeri partlayıb, ölən və yaralananlar var

İraqın paytaxtı Bağdadda qaz tankerinin partlaması nəticəsində 3 nəfərin ölüb, 10-a yaxın insan yaralanıb.

Bu barədə "Haber Global”a istinadən xəbər verir.

Təhlükəsizlik orqanlarındakı mənbələrdən əldə edilən məlumata görə, Bağdadın şərqindəki Bunak bölgəsində qazla dolu tankerin partlamasına texniki nasazlıq səbəb olub.

Partlayış nəticəsində ərazidəki binaya və futbol meydançasına da maddi ziyan dəyib.

Ölənlərin sayının artacağı ehtimal olunur.

İraqın rəsmi orqanları hələlik mövzu ilə bağlı açıqlama verməyib.

08:44 - 30 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin