Seulda bayram izdihamı faciəyə səbəb oldu, 100-dən çox ölü

 Seulda bayram izdihamı faciəyə səbəb oldu, 100-dən çox ölü

Cənubi Koreya rəsmiləri Hellouin bayramı münasibətilə Seulun mərkəzindəki İtxevon küçəsində yaranan izdiham nəticəsində azı 149 nəfərin öldüyünü, daha 150 nəfərin yaralandığını, 76 nəfərin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

Bu barədə bazar günü YTN telekanalında Seulun xilasetmə xidmətlərinin nümayəndəsi məlumat yayıb.

Məlumata görə, ölənlər arasında iki əcnəbi də var. Onların milliyyəti barədə məlumat verilmir.

Bundan əvvəl fövqəladə xidmətlərə istinadən azı 146 nəfərin öldüyü və 150 ​​nəfərin yaralandığı barədə məlumat verilib.

Polis şənbə günü İtxevonda təxminən 100 000 insanın toplaşdığını təxmin edib.

08:42 - 30 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin