DYP-dən yol polislərini videoya çəkənlərə XƏBƏRDARLIQ

 DYP-dən yol polislərini videoya çəkənlərə XƏBƏRDARLIQ

"Sosial şəbəkələrdə yol polisi əməkdaşları ilə bağlı bir sıra videogörüntülərin əksəriyyətində xidmət aparan polis əməkdaşlarının heç bir qayda pozuntusuna yol vermədiyi halda xidməti başında lentə alındıqları aydın görülür".

Bu sözləri BDYPİ-nin İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev açıqlamasında deyib.

O bildirib ki, sürücü və sərnişinlərin bir qismi heç bir qayda pozuntusu törətməyən DYP əməkdaşılarını və ya patrul avtomobillərini çəkərək onlara səsli şərh verirlər:


"Görünən odur ki, onlar bunu etməklə polis əməkdaşlarının hansısa bir qanunsuz əmələ yol verdiyi təəsüratını yaratmağa çalışırlar. Araşdırmalar onu göstərir ki, bu kimi hərəkətlərə yol verən şəxslərin çoxu törətdikləri qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb olunan şəxslərdir. Ancaq hər bir sürücü bilməlidir ki, DYP əməkdaşları tərəfindən edilən hər bir xəbərdarlıq, görülən hər bir tədbir yol hərəkəti iştirakçilarının təhlükəsizliyi naminə edilir. Əgər qayda pozuntusu vaxtında aşkar edilib tədbir görülməsə bəlkə də həmin o sürücü hansısa bir yol-nəqliyyat hadisəsinin iştirakçısına çevrilə bilər.


Qeyd olunan videogörüntülərinin digər bir qismi isə özünü bloger adlandıran şəxslər tərəfindən çəkilir ki, onlar da böyük ehtimal bunu oxucu kütləsinin diqqətini cəlb etmək məqsədilə edirlər.  Təəssüf doğuran məqam isə odur ki, görüntülərdə baş verən hadisələr konteksdən çıxarılır. Çünki, çəkilən kadrlar tam paylaşılmır. Çəkilişi aparan şəxslər özlərinin səhvini ifşa etmək istəmirlər. Həmin şəxslər görüntünü montaj etməklə özlərinə sərf edən dialoqları paylaşmaqla özlərini dırnaq arası qalib hesab edirlər. Lakin unudurlar ki, yol patrul xidməti avtomobilində bu çəkilişlər onsuzda aparılır. Yol patrul xidməti haqqında təlimatda konkret göstərilir ki, yol patrul xidməti inspektorları xidmətdə olarkən, qayda pozuntusuna yol verən avtomobili saxladığı andan kamera işlək vəziyyətdə olmalıdır və sürücü ilə bütün danışıqlar kamera vasitəsilə qeydə alınmalıdır.


Qanunvericiliklə nəzərdə tutulmuş qaydada sürücü ilə əməkdaş arasında baş verən insidentin araşdırılması məqsədilə çəkiliş aparılırsa, onsuzda bu materiallar bizdə olur, şikayətçı tərəfin iştirakı ilə həmin gürüntülərə onun iştiraki ilə baxış keçirilir, eyni zamanda məhkəmə və digər orqanlarda aparılan araşdırma zamanı həmin görüntülər tərəfimizdən aidyyatı qurumlara təqdim edilir. Yaxşı bəs belə olduğu halda sual yaranır ki, niyə kimlərsə tərəfindən belə görüntülərin çəkilərək paylaşılmasına ehtiyac duyulur? Deməli burada məqsəd başqadır.Mən belə hesab edirəm ki, bu məqsəddə hər birimiz üçün aydındı. Həmin şəxslərin əksəriyyəti məsuliyyətdən yayınmaq məqsədilə o çəkilişləri aparırlar. Onlar təzyiq göstərmək üçün bu işə əl atırlar. Həmin şəxslər bilməlidirlər ki, çəkilişlər aparmaqla polisin xidməti vəzifəsini icra etməsinə maneə törədən, polisin qanuni tələblərini icra etməyən şəxslər barəsində çox ciddi tənbeh tədbirləri görüləcək.  

23:10 - 25 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin