Sabirabad bazarı yanır - FOTOLAR

 Sabirabad bazarı yanır - FOTOLAR

Sabirabadda bazarda baş verən yanğın söndürülməsinə xeyli sayda yanğınsöndürən cəlb edilib.

Yanğının qarşısının alınmasına söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad və digər qonşu rayonlar üzrə yanğından mühafizə hissələrinə məxsus 10-dan çox yanğınsöndürən maşını və çoxlu sayda canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, yanğın bazardakı kafelərin birindən başlayıb. Alovun əhatə dairəsi qısa müddətdə daha da genişlənib.

Sabirabadda bazarda baş verən yanğın zamanı 2 nəfər yüngül xəsarət alıb.

Onlardan biri FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Saatlı rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 1991-ci il təvəllüdlü Əzimov Elsevər İzahim oğludur. Digər şəxsin kimliyi araşdırılır.

Göz nahiyəsindən xəsarət alan hər iki şəxs Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar ilkin tibbi yardımdan sonra ambulator müalicəyə göndəriliblər.


00:52 - 23 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin