Tacikistanın baş prokuroru Yusuf Rəhmon 2021-ci ildə Əfqanıstandan narkotik vasitələrin qanunsuz ixracının 2020-ci ilə nisbətən təxminən iki dəfə artdığını bəyan edib.
O, bu barədə çərşənbə axşamı Düşənbədə keçirilən terrorizmlə mübarizədə beynəlxalq və regional əməkdaşlıq üzrə yüksək səviyyəli konfransda bildirib.
“Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi terrorçuların maddi və maliyyə dəstəyidir. Əgər 2020-ci ildə biz 2,5 tona yaxın narkotik vasitə ələ keçirmişiksə, 2021-ci ildə bu həcm 4 tona yüksəlib. Əfqanıstandan narkotiklərin qanunsuz ixracı demək olar ki, iki dəfə artıb”, - Baş Prokuror bildirib.
O qeyd edib ki, bu vəziyyət narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin zəruriliyini təsdiq edir.