Binəqədi DYP sərxoş məmuru saxladı, təfərrüatlar

 Binəqədi DYP sərxoş məmuru saxladı, təfərrüatlar

Bakıda sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü həbs edilib. 
 

Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan 77-CL-059 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsünü saxlayıb.
 

Sürücü Qurbanov İlqar Xəlil oğlu saxlanılarkən sərxoş vəziyyətdə olub, lakin sərxoşluq müyinəsindən imtina edərək polisin qanuni tələblərinə tabe olmayıb. 


Bu səbəbdən əraziyə gələn Post Patrul Xidməti əməkdaşlarının köməyi ilə sürücü tibbi müayinəyə aparılıb. Həkim müayinəsi zamanı onun sərxoş olması üzə çıxıb. 


Sürücü İlqar Qurbanov barəsində toplanılmış materiallar aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 7 gün müddətinə inzibati qaydada həbs edilib.

Həbs edilən Qurbanov İlqar Xəlil oğlu, Dövlət Neft Şirkəti H.Əliyev adına Neft Emalı Zavodunun, Xam neftin emalı üzrə 2 nömrəli istehsalatın rəis müavini vəzifəsində çalışır.

00:04 - 10 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin