Ağdamda mina partladı, xəsarət alanlar var

 Ağdamda mina partladı, xəsarət alanlar var

Bu gün saat 16:30 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi hissəsindən keçən Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə mina partlayışı baş verib.

Partlayış nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Xəsarət alan şəxslər daxili işlər orqanları əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır. Hadisə müəyyən olunan marşrutdan kənarda baş verib.

Araşdırma aparılır.

19:18 - 8 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin