Vasif Talıbovun yaxın adamı barədə həbs qərarı...

 Vasif Talıbovun yaxın adamı barədə həbs qərarı...

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub.

Asayis.az APA-ya istinadən xəbər verir ki, MMC-nin icraçı direktoru Şakir Tarverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi qərar verib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şakir Tarverdiyevlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham elan olunub.

Qeyd edək ki, bu şirkətin vaxtilə Vasif Talıbovun ailəsinə bağlı olduğu bildirilən "Gəmiqaya Holdinq"lə əlaqəsi olduğu iddia olunur.

12:42 - 13 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin