Yol polisinin əməkdaşı yeni vəzifəyə təyin edilib

 Yol polisinin əməkdaşı yeni vəzifəyə təyin edilib

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli yeni vəzifəyə təyin edilib.

Məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, T.Nəsirli BDYPİ-nin İctimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru təyin olunub.

Bundan başqa, nazirin digər əmri ilə ona polis kapitanı rütbəsi verilib.

19:27 - 7 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin