Ağdama Böyük Qayıdış 2025-ci ildə olacaq

 Ağdama Böyük Qayıdış 2025-ci ildə olacaq

2025-ci ildən Ağdama Böyük Qayıdış başlayacaq.

Gələn il çox sıx tikinti işləri həyata keçiriləcək ki, qısa müddətdə bizim soydaşlarımız öz doğma torpaqlarına qayıtsınlar.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

“Hesab edirik ki, yaxın 2-3 ilə artıq həm Ağdam şəhərinə, həm ətraf kəndlərə, eləcə də Füzuliyə, Xocavəndə və Tərtərin işğaldan azad olunmuş ərazilərinə soydaşlarımızın Böyük Qayıdışını müşahidə etmək imkanı əldə edəcəyik. Gələn ildən əsas tikinti layihələrimiz başlayır.

2025-ci ildən soydaşlarımızı doğma Ağdam şəhərinə qaytaracağıq”.

14:35 - 5 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin