Masallıda iki maşın toqquşdu, xəsarət alanlar var

 Masallıda iki maşın toqquşdu, xəsarət alanlar var

Masallıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, qəza Lənkəran-Boradigah magistralının Mahmudavar kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Şağlaser kənd sakini 1965-ci il təvəllüdlü İlqar Ağamoğlan oğlu Bəşirovun idarə etdiyi 44-BS-619 dövlət qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobil Masallı istiqamətində hərəkətdə olub. Bu zaman qarşıdan gələn Masallı rayonunun Mahmudavar kənd sakini 1962-ci il təvəllüdlü İnqilab Əliyevin idarə etdiyi 99-KX-350 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil anidən dönmə əməliyyatı edib. Nəticədə avtomobillər toqquşub və "VAZ 2107"nin sürücüsü İlqar Bəşirov və sərnişinləri, həmkəndlisi 1979-cu il təvəllüdlü Vüsal Əfrəddin oğlu İsmayılov və Tükəvilə kənd sakini Cəsarət Nadir oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.//apa

20:08 - 2 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin