Bakıda dərmandan zəhərlənən 66 yaşlı kişi xəstəxanada ölüb.
Asayis.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.
Məlumata görə, 1960-cı il təvəllüdlü Tofiq Məmmədov yaşadığı 20 Yanvar küçəsindəki evdə dərmandan zəhərlənib.
Xəstəxanaya çatdırılan kişi həmin gün orada infarktdan ölüb.
Faktla bağlı araşdırma aparılır.
