Polis ona tabesizlik göstərən sürücüyə atəş açdı - DİN rəsmi məlumat yaydı

 Polis ona tabesizlik göstərən sürücüyə atəş açdı - DİN rəsmi məlumat yaydı

Səbail rayonu ərazisində itaətsizlik göstədiyi üçün polis Fərid Məmmədovun maşınına bir neçə dəfə atəş açmalı olub.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, nəzarət qaydasında saxlanılan 99-SP-951 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomaşının 30 yaşlı sürücüsünün hərəkətlərində şübhəli məqamlar olduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinə aparılıb.

Burada sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

Sürücünün barəsində toplanmış materiallar baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib.


19:32 - 2 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin