Cəlilabadda ağır qəza, iki hərbçimiz həlak oldu - FOTO

 Cəlilabadda ağır qəza, iki hərbçimiz həlak oldu - FOTO

Cəlilabadda baş verən qəzada iki nəfər ölüb. 
 

Ələt-Astara avtomobil yolunun Cəlilabad rayon ərazisindən keçən hissəsində "VAZ-2107" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralı isə xəstəxanaya çatdırılıb.

Həyatını irtirənlər sürücü Mübariz Azər oğlu Aslanov və sərnişin İslam İsaq oğlu Musayevdir.

Hər 2 meyit müayinə olunmaları üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Cəlilabadda qəzaya düşərək dünyasını dəyişən şəxslər "N" saylı hərbi hissənin zabitləridir.

Allah rəhmət eləsin.


01:04 - 1 Oktyabr 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin